Bakı. Trend:
Bakı. Trend:
Azərbaycana qeyri-qanuni erməni silahlı dəstələri təslim oldu.
Trend-in məlumatına görə, bunu Trend BİA-nın direktor müavini, siyasi ekspert Rufiz Hafizoğlu Əl Arabiyyə telekanalına müsahibəsində deyib.
O qeyd edib ki , Azərbaycan Ordusunun keçirdiyi anti-terror tədbirləri tam olaraq qanunidir və tədbirlər öz nəticəsini verdi.
“Azərbaycan Ordusu heç bir vaxt dinc əhalini, mülki obyektləri hədəfə almayıb. Hədəf terrorçular və onların hərbi infrastrukturu olub”, - deyə R.Hafizoğlu bildirib.