...

Növbə terrorçubaşına çatdı - Quldurların Qarabağda son çırpınışları (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 27 Sentyabr 2023 17:34 (UTC +04:00)
Növbə terrorçubaşına çatdı - Quldurların Qarabağda son çırpınışları (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək, qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Separatçıların və Azərbaycan xalqına qarşı cinayət törətmiş terrorçuların Azərbaycan tərəfindən həbs edilməsi Azərbaycanın gücünün göstəricisidir.

Məsələ ilə bağlı Trend-ə videomüsahibə verən Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, baş verən bu hadisələr zamanında bizim istəyimiz, arzumuz olub.

“Bu arzuları gerçəkləşdirən Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevdir. Allah şəhidlərimizə rəhmət etsin. 30 il ərzində Azərbaycan həm beynəlxalq hüquq baxımından, həm də haqq-ədalət baxımından haqsızlığa məruz qaldı, torpaqları işğal edildi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.

Ermənistan həmişə Azərbaycana qarşı işğalçılıq siyasəti yürütdü, terror əməlləri törətdi. Azərbaycan həmişə deyirdi ki, məsələni dinc yolla həll edək. Bunun əvəzində isə Ermənistan bütün terrorçuları Azərbaycan ərazisinə yığdı. Azərbaycan qüdrətli ölkəyə çevrilərək, bu məsələni üç mərhələdə həll etdi”, - deyə M.Qasımlı bildirib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti