Bakı. Trend:
Fransa yenə də ermənipərəst mövqeyini açıq şəkildə sərgiləyir və Ermənistanı silahlandırmağa cəhd etməklə regionda vəziyyəti gərginləşdirməyə çalışır. Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın Ermənistanda mətbuat konfransı zamanı səsləndirdiyi iddialar da bunu dəstəkləyir. Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Fransanın bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, Fransa xarici işlər nazirinin İrəvanda söylədikləri Fransanın Qafqaz siyasətinin bütün mahiyyətini açır.
“Bu ondan ibarətdir ki, Fransa Cənubi Qafqazı yenidən qarışdırmaq istəyir. Münaqişə başlayandan bəri 2023-cü il sentyabrın 19-da lokal antiterror tədbirlərinə qədər Fransanın bütün siyasəti iflasa uğradı. Azərbaycan dövləti bu siyasəti iflasa uğratdı”, - deyə deputat bildirib.
Daha geniş videomüsahibəni təqdim edirik: