...

Regionda yeni siyasi reallıq - Ermənistan bu dəfə nəyi bəhanə edəcək? (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 10 Oktyabr 2023 20:16 (UTC +04:00)
Regionda yeni siyasi reallıq - Ermənistan bu dəfə nəyi bəhanə edəcək? (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin oktyabrın 8-də Gürcüstana baş tutmuş səfəri təkcə iki ölkə üçün deyil, ümumilikdə Cənubi Qafqaz regionu üçün vacib əhəmiyyətə malikdir.

Səfər zamanı çox səmərəli müzakirələr keçirildi, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində faydalı dialoq aparıldı. Səfər zamanı Prezident İlham Əliyev ən vacib məsələlərdən biri olan Cənubi Qafqazda sülhün bərqərar edilməsinə toxunaraq, gələcək sülhün formullarını aydın şəkildə təsvir etdi.

“Bütün regionun inkişafı üçün yaranmış şansı əldən vermək böyük səhv olar. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu və s.”

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, səfər zamanı Prezident İlham Əliyev regionda yaranmış kifayət qədər önəmli mənzərə ilə bağlı mesajlar verdi.

“İndiki şəraitdə Ermənistan üçün yeganə çıxış yolu bölgə ölkələri ilə əməkdaşlığı normallaşdırmaqdan, qonşu ölkələrə ərazi iddialarından əl çəkməkdən keçir. Bölgədə erməni separatizminə Azərbaycan tərəfindən son qoyulması və Azərbaycanın öz ərazilərini bərpa etməsi yeni bir presidentin formalaşmasına zəmin yaradıb”, - deyə E.Mirzəbəyli əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti