...

Ermənistan hakimiyyəti anlamalıdır ki, sülh sazişi onlar üçün son şansdır - Aydın Quliyev

Siyasət Materials 16 Oktyabr 2023 17:58 (UTC +04:00)
Ermənistan hakimiyyəti anlamalıdır ki, sülh sazişi onlar üçün son şansdır - Aydın Quliyev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Ağdərə, Əsgəran, Xocavənddə Azərbaycan bayrağını ucaldması tarixi hadisədir. Bu, Azərbaycan dövlətinin qüdrətini və öz prinsiplərinə nə dərəcədə sadiq olduğunu növbəti dəfə nümayiş etdirdi.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyevin sözlərinə görə, artıq hər kəs görür ki, Azərbaycan dövləti uzun illər işğal altında qalmış ərazilərini necə bərpa edir. Prezident İlham Əliyev növbəti dəfə Azərbaycana qarşı iddialarla çıxış edən revanşist meyilli bütün şəxslərə tutarlı cavab verdi.

"Azərbaycana qarşı qanlı cinayət törətmiş şəxslər elə zərbə alıblar ki, bundan sonra heç bir cəhd edə bilməz. Bu bəyanatlardan sonra Ermənistan hakimiyyəti anlamalıdır ki, sülh sazişi onlar üçün son şansdır.

Artıq Ermənistandakı revanşistlər də anlamalıdırlar ki, Azərbaycana qarşı törədilən istənilən təxribatın çox ağır formada cavabı olacaq. Ermənistanın soyqırım törətdiyi Xocalıda bayrağımızın ucaldılmasının, ölkə başçısının bəyanatlarının xüsusi bir mənası var", - deyə A.Quliyev əlavə edib.

O qeyd edib ki, son baş verən qürurlu hadisələr eyni zamanda bir çox sualların da tutarlı cavabı oldu:

"Vətən müharibəsi zamanı "Azərbaycan Ordusu niyə dayandı?", "Xankəndi necə olacaq?" kimi və s. suallar var idi. Bəziləri bunu siyasiləşdirərək tənqid arqumentinə çevirməyə çalışırdılar. Hələ o zaman da dövlət başçısı önəmli mesajlar verərək hadisələrin qabaqlamağın lazım olmadığını, hər şeyin öz vaxtının olduğunu bildirirdi. Sonrakı gedişat da bunu göstərdi ki, hər şey dəqiq hesablanmış planın tərkib hissəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti