Bakı. Trend:
Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayacaq.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bu təkliflə çıxış edib.
Deputatlar təklifi alqışlarla qarşılayıb.