Bakı. Trend:
Ermənistan Azərbaycanla ilin sonunadək sülh müqaviləsi imzalamağa hazırdır.
Trend xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışında deyib.
"Azərbaycanla Ermənistan arasında bu ilin sonuna doğru sülh müqaviləsinin imzalanması real olub", - o deyib.
Xatırladaq ki, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərini oktyabrın sonunadək Brüsseldə üçtərəfli görüşdə iştirak etməyə dəvət edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)