...

Sülh mesajı verən Paşinyandan ziddiyyətli qərarlar (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 17 Oktyabr 2023 19:45 (UTC +04:00)
Sülh mesajı verən Paşinyandan ziddiyyətli qərarlar (VİDEOMÜSAHİBƏ)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, müharibədən ötən üç ildə Ermənistanın baş naziri Nikol Paşinyan çox təzadlı fikirlər söyləyir.

"Belə ki, Paşinyan sülh istiqamətində mesajlar versə də, onun komanda üzvlərinin bəziləri tamamilə ona zidd addımlar atır, ona qarşı açıqlamalar verirlər. Belə bir təəssürat formalaşır ki, bütün bunlar planlaşdırılmış formada edilir. Belə ki, daxili auditoriyaya mesaj ötürülərək, revanşistlər susdurulur, həm də ölkənin birinci şəxsi sülhdən danışır. Bu, prsosesi uzatmaq və öhdələrinə götürdükləri öhdəlikləri yerinə yetirməmək üçün gedişlər idi.

Uzun müddət sülh müqaviləsinin maddələrinin razılaşdırılmasında Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi gündəmə gətirilirdi. Hətta istəyirdilər ki, bu maddəni sülh müqaviləsinə ayrıca bir bənd kimi salsınlar. Əgər sülh müqaviləsi imzalanacaqsa, burada Qarabağ erməniləri ilə bağlı ölkəmizə qarşı hər hansı irad olmamalıdır. Bu məsələ artıq gündəlikdən çıxıb, ölkəmizin daxili işinə çevrilib. Ölkəmizin daxili işlərinə qarışmaq yolverilməzdir", - deyə o əlavə edib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti