...

Qərbi Azərbaycan İcması Avstriya parlamentinin anti-Azərbaycan dalğasına qoşulmasını pislədi

Siyasət Materials 20 Oktyabr 2023 11:05 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycan İcması Avstriya parlamentinin qəbul etdiyi qərəzli qətnaməni və onun başda Fransa olmaqla bəzi ölkələrin başladığı anti-Azərbaycan dalğasına qoşulmasını pisləyir.

Trend xəbər verir ki, İcmanın bununla bağlı bəyanatında bildirilir:

"Qarabağda kilsələrin qorunmasının vacibliyini vurğulayan Avstiya parlamentinin məsələlərə dini prizmadan yanaşması, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində və Ermənistanda Azərbaycan xalqının mədəni irsinin dağıdılmasına toxunmaması utancverici, irqçi və islamofob yanaşmadır.

Avstriya parlamenti öz işi ilə məşğul olmalı, Azərbaycanın suveren ərazilərinə beynəlxalq təşkilatların girişi kimi düşük çağırışlarla ölkəmizin daxili işlərinə müdaxiləyə son qoymalıdır".

Xəbər lenti

Xəbər lenti