...

8 Noyabr - Zəfər Gününü xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsidir - Deputat

Siyasət Materials 7 Noyabr 2023 15:24 (UTC +04:00)
8 Noyabr - Zəfər Gününü xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsidir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Azərbaycan xalqı çox qürurlu bir günü, 8 Noyabr - Zəfər Gününü qeyd edəcək. Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, ən şərəfli və qürurverici günlərdən biri, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla erməni vandallarının 2 əsr boyu xalqımıza qarşı apardığı soyqırım və işğalçılıq siyasətinə son qoydu.

“Bu qələbə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin məntiqi nəticəsidir. Bu qələbə uzun illər aparılan məqsədyönlü siyasətin, ordu quruculuğu və iqtisadi sahədə həyata keçirilən islahatların nəticəsidir.

Azərbaycan uzun illər məsələnin sülh yolu ilə həll edilməsinə çalışdı, lakin Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi və davamlı təxribatları nəticəsində danışıqlar heç bir nəticə vermədi. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib.

Belə ki, Azərbaycanın iqtisadi müstəqilliyi və inkişafı ordu quruculuğu sahəsində genişmiqyaslı işlər həyata keçirməyə və qüdrətli ordu qurmağa imkan verdi, ordumuz müsair silahlarla təmin edildi, şəxsi heyətin peşəkarlığı yüksək səviyyəyə qaldırıldı və ordumuz dünyanın 50 ən güclü orduları sırasına daxil oldu.

Güclü ordu, güclü iqtisadiyyat, döyüşə getmək üçün növbəyə düzülən vətənpərvər gənclər, öz Prezidenti ətrafında sıx birləşmiş xalq, beynəlxalq dəstək Vətən müharibəsində qələbəmizi təmin etdi, 30 illik işğala son qoydu və ərazi bütövlüyümüz bərpa edildi”, - deyə deputat əlavə edib.

A.Həsənova qeyd edib ki, bu qələbə xalqımızı məğlubiyyət üzününtüsündən, yurd-yuva həsrətindən qurtararaq qalib xalqa çevirdi. “Əlbəttə ki, bu şanlı qələbənin təməlində dayanan əsas amil son 30 il ərzində Azərbaycanda bərqərar olmuş səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərlikdir. Yəni Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin arxasında uzun illərin gərgin əməyi, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə aparılan düşünülmüş və məqsədyönlü siyasət dayanırdı.

Deputat vurğulayıb ki, Azərbaycan azad edilmiş ərazilərdə genişmoqyaslı bərpa və qurucluq işləri həyata keçirir, yəni Azərbaycan xalqı Vətən müharibəsində göstərdiyi hünərləri Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işlərində də göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti