...

Azərbaycanla sülh sazişinin prinsipləri barədə razılığa gəlmişik - Paşinyan

Siyasət Materials 16 Noyabr 2023 12:42 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla sülh sazişinin prinsipləri barədə razılığa gəlmişik.

Trend xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin büdcə layihəsi üzrə müzakirələrdə çıxışında deyib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı siyasi iradəsi sarsılmaz olaraq qalır.

"Sülh sazişinin üç prinsipi 2023-cü ilin may və iyul aylarında Brüssel danışıqlarında Azərbaycanla razılaşdırılıb. Birinci prinsip Ermənistan və Azərbaycanın müvafiq olaraq 29,8 min kvadrat kilometr və 86,6 min kvadrat kilometr olmaqla bir-birinin ərazi bütövlüyünü tanımasıdır. İkinci prinsip 1991-ci il Almatı bəyannaməsinə uyğun olaraq, sərhədlərin demilitasiyası və demarkasiyasından ibarətdir. Üçüncü prinsip isə ölkələrin suverenliyi, yurisdiksiyası və qanunvericiliyi çərçivəsində regional kommunikasiyaların açılmasıdır ", - Paşinyan deyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqının Siyasi Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə oktyabrın sonunda Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşü təxirə salınıb.

Brüssel formatında növbəti görüşlə müzakirələrin baş tutmasının rəsmi səbəbi kimi "vaxt çatışmazlığı" göstərilsə də, əsl səbəb Avropa İttifaqının gözləmə mövqeyi tutaraq Ermənistan tərəfininin qeyri-adekvat davranaraq fərqli bəyanatlar verməyə göz yumması, yaşananlara heç bir reaksiya verməməsi idi. Çünki Qərbin əsas məqsədi münaqişəni çözmək yox, mümkün qədər uzun müddətə dondurmaqdır. Ermənistandakı revanşist qüvvələr də məhz bu məqsədə xidmət edir. Belə ki, Ermənistan bir tərəfdən Fransadan, digər tərəfdən Hindistandan silah-sursat almağa davam edir. Lakin Paşinyan anlamır ki, həm öz ölkəsinin, həm də bütünlükdə Cənubi Qafqazın rifahı və sabitliyi üçün davamlı sülhün əldə edilməsi labüddür.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti