...

İrəvan və Bakı arasında təmasları dəstəkləyirik - Yaşar Gülər

Siyasət Materials 27 Noyabr 2023 16:53 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan-Gürcüstan-Türkiyə arasında əlaqələr strateji əhəmiyyət kəsb edir.

Trend verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda azərbaycanlı və gürcüstanlı həmkarları ilə görüşündə deyib.

O qeyd edib ki, münasibətlərimizi inkişaf etdirməkdə qərarlıyıq.

“Qafqazda sabitliyin olması üçün çalışırıq. Azərbaycan torpaqlarını işğaldan azad edib. Region ölkələri öz problemlərini özləri həll edə bilər. Bunu beynəlxalq ictimaiyyətə göstərmək üçün İrəvan və Bakı arasında təmasları dəstəkləyirik", - deyə türkiyəli nazir qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşü keçirilib. Görüşdə birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizliyə töhfə verəcək bir sıra məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti