...

Ermənistan hökuməti ilə birbaşa dialoqa hazırıq - Qərbi Azərbaycan İcmasından ÇAĞIRIŞ

Siyasət Materials 5 Dekabr 2023 10:16 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Ermənistanda bir nəfər belə azərbaycanlı qalmayıb.

Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etmək: Qlobal məzmun və ədalətli həll” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan azərbaycanlıların dini və mədəni abidələrini yerlə-yeksan edib.

“Biz öz torpaqlarımıza dialoq yolu ilə qayıdış əzmindəyik. Humanitar və insan hüquqlarına möhkəm bağlı şəkildə fəaliyyət göstəririk. Qayıdış məsələsi ilə bağlı Ermənistan hökuməti ilə hər zaman dialoqa hazırıq”, - deyə Ə.Ələkbərli qeyd edib.

İcmanın sədri qayıdış məsələsi üzrə Ermənistan hökuməti ilə birbaşa dialoqa hazır olduqlarını bir daha bəyan edib və Ermənistanı keçmişdən dərs çıxarmağa, düşmənçilik və nifaq siyasətinə son verməyə, bölgədə yaranmış sülh imkanını lazımınca dəyərləndirməyə və Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmağa çağırıb.

Qeyd edək ki, “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etmək: Qlobal məzmun və ədalətli həll” mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə 30 ölkədən 100-dən çox qonaq iştirak edir.

Konfrans Ermənistandan azərbaycanlıların qovulması, beynəlxalq aləmdə köçkünlük problemi, beynəlxalq hüquqda qayıdış məsələsi, praktikada qayıdış sahəsində çətinliklər və uğurlar, müxtəlif regionlarda bu sahədə vəziyyət kimi məsələlərə dair tanınmış beynəlxalq ekspertlər və ictimai-siyasi xadimlərin iştirakı ilə panel müzakirələri formasında öz işini davam edəcək.

Xəbər lenti

Xəbər lenti