Bakı. Trend:
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.
Trend xəbər verir ki, verilişin qonağı Milli Məclisin deputatı Elnur Allahverdiyev olub.
O, Qarabağın erməni sakinlərinin onilliklər ərzində həm separatçılar, həm də Ermənistan hökuməti tərəfindən aldadıldığını qeyd edib.
"Onlar insanları yalanla barışmağa məcbur ediblər. Qarabağın erməni sakinləri niyə getdiklərini anlamırlar. Bütün dünya bizim onları qəbul etməyə hazır olduğumuzu bilir. Ermənistan hökuməti onlardan aylıq dotasiya almaq üçün istifadə etmək istəyir", - E.Allahverdiyev deyib.
Deputat Ermənistanın baş naziri Nikol Paşinyan və onun hökuməti üçün hazırda dotasiya almağın vacib olduğunu qeyd edib.
"Onlar kimdən nə qədər bacarırlarsa, o qədər maliyyə vəsaiti almağa çalışırlar, çünki artıq onu yalnız Qərbdən alaraq, Rusiyadan imtina edə və ya əksinə hərəkət edə bilmirlər", - o deyib.
Deputatın sözlərinə görə, Qərb Cənubi Qafqazda sülh istəmir və "3+3" formatını (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Türkiyə, Rusiya) qəbul etmir.
"Onlar hazırda xaos içində boğulur və öz ölkələrində mövcud olan problemlərin hakimiyyətdə qalmalarına mane olmaması üçün onlara digər ölkələrdə yeni xaos lazımdır", - deyə o əlavə edib.
Trend verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:
(Tərcümə: Rəna Əbdürəhmanova)