...

MSK İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb

Siyasət Materials 30 Dekabr 2023 16:19 (UTC +04:00)
MSK İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyası İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.

Trend-in xəbərinə görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Dekabrın 16-da YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədləri MSK-ya təqdim edib.

MSK dekabrın 19-da İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

YAP dekabrın 26-da İlham Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə MSK-ya təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti