...

"Oracle Advisory Group"nun Azərbaycanda keçirilən Prezident seçkiləri ilə əlaqədar exit-pollda 63 min seçici iştirak edib

Siyasət Materials 7 Fevral 2024 19:55 (UTC +04:00)
"Oracle Advisory Group"nun Azərbaycanda keçirilən Prezident seçkiləri ilə əlaqədar exit-pollda 63 min seçici iştirak edib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Oracle Advisory Group-un keçirdiyi exit-pollda 63 min seçici iştirak edib.

Trend-in verdiyi məlumata görə, bunu brifinqdə Amerikanın Oracle Advisory Group təşkilatının nümayəndəsi Vlada Qalan deyib.

“Exit-poll ölkənin əksər bölgələrində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda təşkil olunub”.

Qeyd edək ki, Amerikanın “Oracle Advisory Group” təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə Azərbaycanda prezident seçkiləri zamanı keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb.

Belə ki, təşkilatın məlumatına görə, çərşənbə günü Azərbaycanda keçirilən prezident seçkilərində seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Seçicilərin 1,8 faizi Zahid Oruc, 1,5 faizi Fazil Mustafa, 1,2 faizi Qüdrət Həsənquliyev, 0,9 faizi Razi Nurullayev, 0,4 faizi Elşad Musayev, 0,3 faizi Fuad Əliyevə səs verib.

Xatırladaq ki, bu gün Azərbaycanda prezident seçkilərində səsvermə keçirilib.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

Xatırladaq ki, seçici siyahısında 6 milyon 478 min 623 nəfər var. Onlar ölkə üzrə 6537 seçki məntəqəsində səs veriblər.

Xaricdəki Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarında 49 seçki məntəqəsi yaradılıb.

Seçkiləri izləmək üçün 90 mindən çox müşahidəçi qeydiyyatdan keçib.

Müstəqil Azərbaycanın tarixində ilk dəfə seçkilər ölkənin bütün ərazisini, o cümlədən işğaldan azad edilmiş torpaqları əhatə edib. İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti