...

Prezident İlham Əliyevin nailiyyətləri bir çox Aİ liderlərinin cılızlığı fonunda daha yaxşı görünür - Yevgeni Mixaylov

Siyasət Materials 27 Fevral 2024 17:33 (UTC +04:00)
Prezident İlham Əliyevin nailiyyətləri bir çox Aİ liderlərinin cılızlığı fonunda daha yaxşı görünür - Yevgeni Mixaylov
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nailiyyətləri bir çox Aİ liderlərinin cılızlığı fonunda daha yaxşı görünür.

Bu barədə Trend-ə rusiyalı siyasi ekspert Yevgeni Mixaylov deyib.

"Azərbaycan xalqının son dərəcə bəxti gətirib ki, atası Heydər Əliyevə layiqli oğul olan Prezident İlham Əliyev kimi lideri var. İlham Əliyev həm atasının, həm də xalqının dövlət bütövlüyünün bərpasına dair arzusunu reallaşdırdı, eyni zamanda, iqtisadiyyatı dirçəltməklə dünyanın ən güclü ordularından birini yaratdı və ölkəsinin maraqları uğrunda ləyaqətlə mübarizə apardı", - o deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin nailiyyətləri xüsusən Avropa İttifaqının (Aİ) bir sıra ölkələrinin, xüsusən Fransa liderinin cılızlığı fonunda xüsusən nəzərə çarpır.

"Bəzi Qərb ölkələri öz siyasətlərini ərazi bütövlüyünün bərpasında Azərbaycana mane olmaqla, dəstək göstərməyərək, əksinə, maneələr yaradaraq həyata keçirib. Eyni zamanda, Fransa Ermənistana hərbi yardımı gücləndirməyə başlayıb və fikrimcə, onu mümkün yeni münaqişələrə hazırlayır", - siyasi ekspert deyib.

Y.Mixaylov qeyd edib ki, Azərbaycan Ermənistandan fərqli olaraq, daima Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün təşəbbüslər təklif edib və sülhün əsas təşəbbüskarı daima məhz Prezident İlham Əliyev olub.

"Prezident İlham Əliyev hərbi əməliyyatların tərəfdarı deyildi, lakin zamanı gələndə o, güclü lider üçün səciyyəvi olan qətiyyətli tədbirlər gördü. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan dünya arenasında daha yüksək mövqelər qazanıb", - o deyib.

Rusiyalı analitikin fikrincə, Rusiya Azərbaycanın timsalında güclü və etibarlı tərəfdaş görür.

"Rusiyanın Azərbaycanla perspektivli münasibətləri var və Azərbaycan müttəfiq olaraq Ermənistanla müqayisədə daha etibarlıdır", - Y.Mixaylov deyib.

O qeyd edib ki, həmçinin, Azərbaycanın təkcə öz regionunda deyil, həm də qlobal arenada güclü oyunçuya çevrilməsi da göz qabağındadır və bu, ölkənin iki dəfə Qoşulmama Hərəkatına sədrlik etməsi ilə təsdiqlənib.

Bundan başqa, ekspertin sözlərinə görə, bu il Azərbaycanda Prezident seçkilərinin keçirilməsi düzgün qərar oldu, seçkilərin nəticələri isə Azərbaycan xalqının maraqlarına cavab verən yeganə namizədin Prezident İlham Əliyev olduğunu bir daha təsdiqlədi.

"Ölkədə Prezident İlham Əliyev tərəfindən təmin olunan sabitlik təhdidlərlə səmərəli mübarizə aparmaq üçün zəruridir. Bu addımlar düzgün, vaxtında atıldı və əminəm ki, onlar ölkənin və regionun rifahına cavab verir", - deyə rusiyalı analitik sonda deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti