Bakı. Trend:
Torpaqlarımızın işğalda olduğu zaman kəsiyində biz ölkəmizə qarşı ən müxtəlif istiqamətlərdən təzyiqlərin həyata keçirildiyinin şahidi olmuşuq.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, həmin dövrdə mövcud olmuş və fəaliyyətini başa vurmuş ATƏT-in Minsk Qrupu öz mandatına uyğun olaraq BMT Təhlükəsizlik Şuralarının qətnamələrinin həyata keçirilmələri istiqamətində addımlar atmalı idi.
"Amma bu addımların mahiyyəti üzrə heç birinin şahidi olmadıq. Əksinə, bu zaman kəsiyində ən yaxşı halda işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsinin qorunmasına cəhd göstərilib. Eyni zamanda, proseslərin uzadılması nəticəsində Azərbaycan xalqının təslimçi sülhə vadar edilməsi istiqamətində müxtəlif səylər nümayiş etdirib.
Əslində, Minsk qrupu 44 günlük müharibədə və daha sonrakı dövrdə açıq şəkildə ortaya çıxdı. Bəlli oldu ki, məqsəd danışıqlar prosesinin uzadılmasıdır. Faktiki olaraq Ermənistan himayə edilməklə bölgədə münaqişəli vəziyyətin qorunub saxlanılması və bu vəziyyət vasitəsilə bölgəyə müdaxilə imkanlarının daimi olmasına cəhdlər vardı", - o qeyd edib.
Daha geniş videomüsahibəni təqdim edirik: