...

Qərb Ermənistanda baş verən polis zorakılığına göz yumur - ŞƏRH

Siyasət Materials 13 İyun 2024 19:55 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bu danılmaz bir həqiqətdir ki, aparıcı Qərb institutları, o cümlədən ABŞ başda olmaqla, əksər Qərb ölkələri müstəqil siyasət yürüdən dövlətlərə qarşı müxtəlif təzyiq üsullarından istifadə edirlər. Bu zaman isə onların istinad etdiyi ən əsas məsələ “insan haqları”, “söz azadlığı”, “demokratiya” kimi gəlişi gözəl sözlər olur. Reallığa gələndə isə onların bu məsələdən yalnız şəxsi maraqlar naminə istifadə etdiklərini görürük.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, bunun belə olduğunu sübuta getmək yetirmək üçün heç də uzağa getmək lazım deyil:

“Son vaxtlar Ermənistanda baş verən hadisələr və Qərbin bu hadisələrə yanaşması onların demokratiya, söz azadlığı və insan haqları məsələsinə yanaşmada nə qədər “səmimi” olduqlarını ortaya çıxarır. Məsələ burasındadır ki Ermənistanda polis zorakılığı ən son həddə çatıb. Aksiya zamanı mülki şəxslərə qarşı qəddar davranış sərgilənir. Lakin Qərb institutları buna göz yumur. Burada da Qərbin məsələlərə ikili standartlardan yanaşdığının növəbti nümunəsini görürük”.

V.İskəndərov deyib ki, bütün bunlar bir daha bizləri nəticə çıxarmağa səsləyir.

“Mən “bizlər” deyəndə hələ də Qərbin guya hansısa ölkələrə azadlıq, demokratiya gətirmək üçün çalışdığına inananları, yaxud bunu iddia edənləri nəzərdə tuturam. Deyirəm ki, gəlin özümüzü aldatmayaq. Qərbin iç üzünü bir daha görürük. Görürük ki, demokratiya, insan haqları Qərb üçün sadəcə öz qaranalıq maraqlarına nail olmaq üçün bir vasitədir. Yəni Ermənistanın mövcud hakimiyyəti onların maraqlarının icraçısı olduğu üçün Qərb bu gün Ermənistanda baş verən polis zorakılığına göz yumur”, - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti