...

Azərbaycan və Rusiya Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Siyasət Materials 23 İyul 2024 15:54 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Rusiya Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Trend bu barədə Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifovla məsləhətləşmələr keçirib.

Qeyd olunur ki, tərəflər Cənubi Qafqazdakı vəziyyəti və qonşu regionlardakı hazırki vəziyyəti müzakirə ediblər. Avropa İttifaqı (Aİ) və NATO problemləri, ATƏT-dəki vəziyyət və Avropa Şurasının regional fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa, qarşılıqlı maraq kəsb edən bir sıra ikitərəfli və beynəlxalq mövzulara toxunulub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti