...

Seçki iştirakçılarına hərtərəfli şərait və geniş imkanlar yaradılıb - Rövzət Qasımov

Siyasət Materials 22 Avqust 2024 16:14 (UTC +04:00)
Seçki iştirakçılarına hərtərəfli şərait və geniş imkanlar yaradılıb - Rövzət Qasımov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisə seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün bütün lazımi addımlar atılıb, seçki iştirakçılarına hərtərəfli şərait və geniş imkanlar yaradılıb.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, çox sayda yerli və beynəlxalq müşahidəçilər, media mənsubları və fərqli aşkarlıq institutları seçki kampaniyasında hər hansı bir maneə ilə rastlaşmadan, azad və sərbəst şəkildə iştirak edirlər: “Ölkədə fəaliyyət göstərən siyasi partiyalar və vətəndaş cəmiyyəti institutları müşahidə baxımından xüsusilə geniş iştirak sərgiləyirlər”.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti