Bakı. Trend:
Sorğuda iştirak edənlərin 96 faiz iştirakçı Qarabağdakı zəfərin onların seçiminə tam təsir edəcəyini bildirib.
Trend xəbər verir ki, bunu növbədənkənar parlament seçkilərində “exit-poll” keçirən ABŞ-nin “ORACLE ADVISORY GROUP” təşkilatının nümayəndəsi George Birnbaum mətbuat üçün brifinqdə bildirib.
O bildirib ki, növbədənkənar parlament seçkilərində respondentlərin 88 faizi Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək verəcəyini deyib.
“Sorğuda iştirak edənlərin 70 faizi rseçkilərdə YAP-a səs verəcəyini bildirib. 6 faiz Müsavat Partiyasını, 4 faizi isə Real Partiyasını dəstəkləyəcəyini deyib”, - o əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.