...

Azad olunan ərazilərdəki seçki məntəqələrinə veb-kameraların quraşdırılması planlaşdırılır - MSK sədri

Siyasət Materials 27 Avqust 2024 13:07 (UTC +04:00)
Azad olunan ərazilərdəki seçki məntəqələrinə veb-kameraların quraşdırılması planlaşdırılır - MSK sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq qurumların seçkilərə hazırlıqla bağlı iradı olmayıb.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, xarici müşahidəçilər hazırda yerlərdədir: “Xarici müşahidəçilər də qısa zamanda azad edilmiş ərazilərdə görülən işləri yüksək qiymətləndirir”.

Məzahir Pənahov hələlik işğaldan azad edilmiş ərazilərdəki seçki məntəqələrində veb-kameraların quraşdırılmadığını diqqətə çatdırıb və əlavə edib ki, bununla bağlı aidiyyəti qurumlara müraciət olunub.

Məzahir Pənahov azad edilmiş ərazilərdə 42 mindən çox seçicinin səs verəcəyini də xatırladıb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti