Bakı. Trend:
Bu gün Cəbrayıla qayıtdığımız üçün bizə ən əziz gündür.
Trend-in məlumatına görə, bunu Cəbrayıl sakini Qəzənfər Qafarov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
"Hər zaman bayrağımızın uca olmasını diləyirik. Biz bundan sonra öz yurdumuzda yaşayaraq oranı abadlaşdıracağıq", - deyə o qeyd edib.
Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərinə 117 ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib.