Bakı. Trend:
Böyük Britaniya Hind okeanında yerləşən strateji əhəmiyyətə malik Çaqos adaları üzərində yarım əsrdən çox davam edən suverenliyindən imtina edəcəyini bildirib.
Trend xəbər verir ki, razılaşmaya əsasən, Böyük Britaniya Çaqos adalarını Mavrikiyə təhvil verəcək. Bu qərar öz müstəmləkə ərazilərini əldən vermək istəməyən Fransa üçün nümunə olmalıdır.
Dövlətlər keçmiş müstəmləkə ərazilərindən imtina etdiyi bir dönəmdə Fransa hər vəchlə, sahib olduğu dənizaşırı ərazilər üzərində sərt nəzarəti gücləndirməklə müstəmləkəçilik siyasətini yeni üsullarla davam etdirir.
İndiki postmüstəmləkə dövründə Fransanın bu siyasəti keçmiş kaloniyalarını siyasi, iqtisadi, mənəvi-mədəni sahələrdə öz təsiri altında saxlayıb, həmin ölkələrin təbii sərvətlərini mənimsəmək məqsədi daşıyır. Fransanın bu siyasətdən əl çəkməməsi yerli xalqların daha da məhvi ilə nəticələnir.
Lakin Makron hökuməti anlamalıdır ki, bu yanlış siyasətin nəticəsi yoxdur və o uğursuzluğa düçar olmağa məhkumdur. Nə qədər ki gec deyil, Fransa dənizaşırı ərazilərin müstəqilik yolundan çəkilməli və öz bədnam siyasətinə son qoymalıdır.