...

Malayziyanın xarici işlər nazirinin müavini Bakıya səfərə gəlir

Siyasət Materials 10 Aprel 2025 09:53 (UTC +04:00)
Malayziyanın xarici işlər nazirinin müavini Bakıya səfərə gəlir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Malayziyanın xarici işlər nazirinin müavini Datuk Mohamad Alamin aprelin 14-də Bakıya səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Malayziya XİN məlumat yayıb.

Məlumata görə, səfər aprelin 16-na kimi davam edəcək.

"Səfər çərçivəsində o, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla birlikdə ikinci Malayziya-Azərbaycan siyasi məsləhətləşmələrə həmsədrlik edəcək", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti