Bakı. Trend:
Mayın 24-də xarici işlər naziri Ceyhun Bayramovun Pakistan İslam
Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd
İshaq Dar ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər arasında
Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn
məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif
aspektləri müzakirə olunub. Mövcud strateji əməkdaşlıq əlaqələri
yüksək qiymətləndirilərək, gələcək təmaslar üzrə planlar nəzərdən
keçirilib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər
ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.
xxx
19:54
Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Trend-in məlumatına görə, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi xəbər verib.
Məlumata əsasən, telefon danışığı zamanı ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə edilib, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.
Nazirlər Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana gözlənilən səfəri barədə də danışıblar.
