...

Azərbaycanda "Dell Technologies" şirkətinin iştirakı ilə superkompüter mərkəzi yaradılacaq

Siyasət Materials 21 Yanvar 2026 12:22 (UTC +04:00)
Azərbaycanda "Dell Technologies" şirkətinin iştirakı ilə superkompüter mərkəzi yaradılacaq
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Davos. Trend:

Azərbaycanda "Dell Technologies" şirkətinin iştirakı ilə superkompüter mərkəzi yaradılacaq.

Trend-in məlumatına görə, bu barədə yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ABŞ-nin "Dell Technologies" şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Adriyan MakDonald arasında Davosda keçirilən görüşdə qeyd olunub.

Görüşdə, həmçinin Azərbaycanda mövcud əlverişli investisiya mühitinin xarici sərmayədarlar üçün də cəlbedici olduğu vurğulanıb. “Dell Technologies”in Azərbaycanda fəaliyyəti və bu şirkətin iştirakı ilə ölkəmizdə superkompüter mərkəzinin yaradılması qeyd edilib, onun resurslarının süni intellekt və qərar qəbuletmə sahələrində tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti