...

PARLAMENT SEÇKİLƏRİLƏ BAĞLI MARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİLİB

Siyasət Materials 28 İyun 2005 12:54 (UTC +04:00)

Gəncədə Mərkəzi Seçki Komissiyası, İREX Beynəlxalq media təşkilatı və yerlə "Alternativ TV" birgə hazırladıqları "Sənin sözün" layihəsi icrasına başlayıb. Layihə qarşıdan gələn parlament seçki öncəsi seçicilərin fəallığının yüksəldilməsini nəzərdə tutur. Marifləndirmə tədbirlərinə daha çox ehtiyac olduğunu duyan yuxarıda Adı çəkilən donor və icraçı təşkilatlar belə seminarların bölgələrdə həyata keçirilməsini məqsədəuyğun hesab edir. Teledebat şəklində təşkil olunan tədbirə MSK üzvləri, beynəlxalq və yerli ekspertlər, şəhər icra hakimiyyəti nümayəndələri, siyasi partiyaların yerli təşkilat rəhbərləri, KİV və QHT təmsilçiləri qatılıb. Tədbir iştirakçılarına Seçki Məcəlləsində əks olunan qanunvericilik bazası, seçicilərin siyahıya alınması, onların hüquq, vəzifələri, namizədlərin təbliğat kampaniyası, seçici vəsiqələrinin hazırlanması, müşahidəçilərin seçilməsi və s. mövzular haqqında geniş məlumat verilib. Maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, belə tədbirlər seçkiyə qədər ayda iki dəfə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti