...

GUAM TƏŞKİLATININ KİŞİNYOV SAMMİTİNDƏ QƏBUL OLUNMUŞ QƏRARLARIN YERİNƏ YETİRİLMƏSİ NYU-YORKDA MÜZAKİRƏ OLUNUB

Siyasət Materials 19 Sentyabr 2005 11:30 (UTC +04:00)

(Novosti-Ukrayna) - GUAM-a üzv ölkələrin xarici işlər nazirləri Şurasının 10-cu iclası BMT-2005 Sammiti çərçivəsində Nyu-Yorkda keçirilib. İclasda Gürcüstan, Ukrayna, Azərbaycan və Moldaviyanın xarici işlər nazirləri iştirak edib.

İclas iştirakçıları "Demokratiya, sabitlik və inkişaf uğrunda" Kişinyov bəyannaməsinin reallaşmasındakı irəliləyişləri təsdiqləyiblər.

Nazirlər GUAM əsasında yaradılacaq təşkilatın nizamnamə sənədlərinin işlənməsinə dair ekspertlər qrupunun tövsiyyələrini bəyəniblər.

Onlar, həmçinin, GUAM-ın informasiya ofisinin Kiyevdə akreditə olunmasına dair Ukrayna tərəfinin məlumatını müsbət qiymətləndiriblr.

Xarici işlər nazirləri Şurası GUAM-a üzv ölkələrin Avropa İttifaqı ilə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında maraqlı olmasını təsdiq edib.

Onlar BMT və ATƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində GUAM ölkələri arasında əməkdaşlığın inkişafını müsbət qiymətləndirərək, xüsusilə, ABŞ-la qarşılıqlı fəaliyyətin yüksək səviyyəsini qeyd ediblər.

GUAM-ABŞ görüşü zamanı qeyd olunub ki, bu gün GUAM-ın birlik ölkələri ilə əməkdaşlığı genişləndirmək, həmçinin, Avropa və Avroatlantik məkanda öz rolunu gücləndirmək imkanı var.

Görüş iştirakçıları ABŞ-ın ticarət və nəqliyyata, o cümlədən sərhəd və gömrük nəzarətinə yardım proqramının həyata keçirilməsi ilə bağlı əməkdaşlığın inkişafının vacibliyini vurğulayıblar.

Həmçinin, terrorçuluq və transmilli cinayətkarlıqla mübarizə məsələlərində əməkdaşlığın gücləndirilməsində tərəflərin qarşılıqlı səyləri nəzərə çatdırılıb.

Görüşün nəticələri üzrə GUAM-a üzv ölkələrin xarici işlər nazirləri Şurasının iclasının və GUAM-ABŞ-ın bəyanatları razılaşdırılıb.

Xəbər lenti

Xəbər lenti