...

"AZADLIQ" BLOKUNUN HƏBS OLUNAN BÜTÜN ÜZVLƏRİ AZADLIĞA BURAXILIB

Siyasət Materials 26 Sentyabr 2005 20:35 (UTC +04:00)

"Azadlıq" blokunun sonuncu kütləvi aksiyasızamanı həbs olunan üzvlərindən sentyabrın 26 səhər saat 12:00-a kimi bir nəfəri çıxmaq şərti ilə hamısı sərbəst buraxılıb. Bu barədə Trend ə blokun seçki qərargahından məlumat verilib. Bildirilib ki, Müsavat Partiyasının üzvü Müşviq Adıgözəlov isə məhkəmənin qərarı ilə 7 sutka azadlıqdan məhrum edilib. Beynəlxalq Universitetinin qarşısında tutulan Zaur Məhərrəmova isə 10 sutka həbs cəzası verilib.

Aksiya zamanı zamanı xəsarət almış müxalifətçilərin bir qismi ilə sentyabrın 26-da ABŞ səfirinin siyasi məsələlər üzrə köməkçisi Lora Şaybi görüş keçirib. Səfirliyin nümayəndəsi aksiyaçılara qarşı törədilən zorakılıqlarla bağlı ətraflı söhbət edib.

Lora Şaybi həmçinin "Azadlıq" bloku Mərkəzi Seçki Qərargahında qərargahın katibi Fəhmin Hacıyevlə də görüş keçirib. Görüşdə "Azadlıq" blokunun 25 sentyabr mitinqində baş verən hadisələr müzakirə olunub. F.Hacıyev mitinqdə baş verən zorakılıq halları ilə bağlı məlumat verib, mitinq zamanı həbs edilmiş, xəsarət almış müxalifətçilərin siyahısı ilə qonağı tanış edib.

Xəbər lenti

Xəbər lenti