...

TÜRK MİLLƏTÇİ PARTİYASI SƏDRİNİN MƏHKƏMƏSİ SENTYABRIN 29-DA OLACAQ

Siyasət Materials 28 Sentyabr 2005 14:41 (UTC +04:00)

"Türk Millətçi Partiyasının (TMP) sədri Vüqar Bəyturanın Apellyasiyadan Ali Məhkəməyə kasasiya şikayətinə hakim Şəlalə Məmmədovanın sədrliyi ilə sentyabrın 29-da baxılacaq". Bu barədə Trend ə TMP sədrinin özü bildirib.

Qeyd edək ki, TMP sədri Vüqar Bəyturan 70 saylı Masallı seçki dairəsindən namizədliyinin qeydə alınmaması ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) qərarından Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin sentyabrın 13-də keçirilən iclasında MSK-nın qərarı qüvvədə saxlanılıb. Partiya sədri sentyabrın 16-da kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etməli olub. Ali Məhkəmənin sentyabrın 26-da keçirilən iclası isə sentyabrın 29-na təxirə salınıb.

Bunun səbəbini TMP sədri belə bildirib: "Mənim vəkilim deputatlığa namizəd İlqar Altay olduğu üçün MSK nümayəndəsi Qabil Orucov məhkəmədə çıxış edərək qeyd edib ki, bir namizəd digərinə vəkillik edə bilməz. Məhkəmə Seçki Məcəlləsi ilə tanış olduqdan sonra belə qərara gəlinib ki, işə sentyabrın 29-da baxılsın".

V.Bəyturan onu da bildirib ki, MSK nümayəndəsinin qaldırdığı məsələ qanuna zidd olsa da, o, öz vəkilindən imtina edib: "İlqar Altay üçün təhlükə yaranacağını nəzərə alıb bu addımı atdım. Məhkəmədə heç bir vəkilin köməyindən istifadə etməyəcəm".

Xəbər lenti

Xəbər lenti