...

AZƏRBAYCAN NAMİNƏ SEÇKİ BLOKU BAKI MERİYASIN MƏKTUB ÜNVANLAYIB

Siyasət Materials 29 Sentyabr 2005 13:52 (UTC +04:00)

"Azərbaycan Naminə seçki bloku "Qələbə" meydanında oktyabrın 7-də saat 17.00-dan 19.00-dək mitinq keçirməklə bağlı Bakı meriyasına məktub ünvanlayıb". Bu barədə Trend agentliyinə adıçəkilən blokun mərkəzi seçki qərargahının rəhbəri Taleh Əliyev bildirib.

T.Əliyev onu da qeyd edib ki, məlum tarixdə mitinq keçirmək barədə bir sıra beyənlxalq təşkilatları və Azərbaycanda fəaliyyət göstərən bütün səfirlikləri məlumatlandırıblar: "Məqsəd odur ki, əgər bu dəfə də Bakı meriyası mitinqin vaxtını dəyişərsə (Bakı meriyası blokun oktyabrın 1-ə təyin etdiyi mitinqin vaxtını dəyişdiyi üçün mitinq oktyabrın 7-ə keçirilib) onda "Azadlıq" meydanına icazəsiz yürüşümüz barədə xaricilər də əvvəlcədən xəbər tutsunlar. Məktubda bu barədə bildirmişik".

AN seçki blokunun mitinq təşkilat komitəsinin rəhbəri Elsevər Əliyev isə bildirib ki, onlar həm də "Azadlıq" meydanına hazırlaşıblar: "Əllərimizdə gül və vətən uğrunda canlarını qurban verən şəhidlərimizin şəkillərini tutacağıq. Qoy polislər bizim mitinqimizi bu halda dağıtsınlar".

Xəbər lenti

Xəbər lenti