...

İLHAM ƏLİYEV İRAN PREZİDENTİNİN XƏZƏRİN MƏSƏLƏLƏRİ ÜZRƏ NÜMAYƏNDƏSİNİ QƏBUL EDİB

Siyasət Materials 6 Oktyabr 2005 21:01 (UTC +04:00)

Oktyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev İran prezidentinin Xəzərin məsələləri üzrə nümayəndəsi Mehdi Səfərini qəbul edib. Trend bildirir ki, Mehdi Səfəri İİR-nin prezidenti Mahmud Əhmədinecatın salamını İlham Əliyevə çatdırıb. M. Səfəri qeyd edib ki, İ.Əliyevin İrana səfəri zamanı imzalanmış sənədlərin gerçəkləşdirilməsində konkret iş aparılır.O, əminliyini bildirib ki, İrandan Naxçıvana qaz kəmərinin çəkilişi yaxın vaxtlarda başa çatacaq.

İ. Əliyev Azərbaycan ilə İran arasında iqtisadi əlaqələrin genişləndirildiyini qeyd edərək vurğulayıb ki, birgə iqtisadi, o cümlədən energetika layihələri ikitərəfli münasibətlərin inkişafına xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti