...

ABŞ-ın Dövlət Departamenti: seçkilərdə xalqın azad iradəsi Azərbaycanın gələcyi üçün "həyati əhəmiyyət daşıyır"

Siyasət Materials 5 Noyabr 2005 12:09 (UTC +04:00)

ABŞ-ın Dövlət Departamenti prezident İlham Əliyevin "Parlament seçkilərinin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 25 oktyabr tarixli sərəncamının bəndlərinin yerinə yetirilməsinin vacibliyini vurğulayır. Trend in xəbər verdiyi kimi, bu barədə ABŞ-ın Dövlət Departamentinin nümayəndəsi Şon Makkormak bəyan edib.

"Seçkilərdə xalqın azad iradəsi Azərbaycanın gələcəyi və ABŞ-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi üçün həyati əhəmiyyət daşıyır. Qarşıdakı səsvermə ölkə rəhbərliyinə beynəlxalq standartlara cavab verən seçkilər keçirməyə imkan verir", - deyə o bildirib.

"ABŞ seçkilərdə bütün Azərbaycan xalqının iştirakını dəstəkləyir, 25 oktyabr tarixli sərəncamın bütün bəndlərini, o cümlədən sərbəst toplaşmaq və yerli inzibati orqanların seçki prosesinə müdaxilə etməməsi haqqında bəndləri yerinə yetirməyə çağırır".

"6 noyabr seçkiləri Azərbaycan hökumətinə beynəlxalq standartlara cavab verən seçkilər keçirməyə imkan verir", - deyə Ş.Makkormak qeyd edib.

Xəbər lenti

Xəbər lenti