...

NDI seçkilərin yekunlarına dair hesabat təqdim edəcək

Siyasət Materials 6 Noyabr 2005 14:04 (UTC +04:00)

ABŞ-ın Milli Demokratiya İnstitutu (NDİ) Azərbaycanda parlament seçkiləri başa çatan kimi onların yekunlarına dair hesabat təqdim edəcək. Bu barədə Trend ə NDİ-nin Azərbaycandakı ofisinin siyasi müşaviri Qorxmaz Əsgərov məlumat verib.

"Hazırda bütün seçki dairələrindən səsvermənin gedişi ilə bağlı məlumatlar toplanır, sonda bu məlumatlar ümumiləşdirilərək institutun hesabatına daxil ediləcək", - deyə NDİ nümayəndəsi qeyd edib.

"Səsvermə prosesinə təsir etməmək üçün hələlik bizim onun gedişi ilə bağlı məlumat vermək ixtiyarımız yoxdur", - deyə Q.Əsgərov bildirib.

Azərbaycanda Exit-Poll keçirmək haqqında USAID-lə saziş bağlamış PR Consultinq şirkəti də günün sonuna nəticələri açıqlayacaq.

Xəbər lenti

Xəbər lenti