...

Baş Prokurorluq Böyük Britaniya vətəndaşının şikayəti əsasında başlamış cinayət işinə xitam verib

Siyasət Materials 30 Noyabr 2005 13:36 (UTC +04:00)

2004-cü ildə Böyük Britaniya vətəndaşının Azərbaycan vətəndaşı ilə bağlı hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərə görə başlamış cinayət işinə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən xitam verilib. Bu barədə Trend ə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin hakimi Firuzə Ağasiyeva məlumat verib.

Qeyd edək ki, Azərbaycan vətəndaşı Tahir Əmiraslanov işlədiyi gəminin rəhbərliyinə Böyük Britaniya vətəndaşı Alan Frençin Azərbaycanın bayrağını təhqir etməsi barədə məlumat verib. Alan Frenç isə Səbail rayon Prokurorluğuna müraciət edərək Tahir Əmiraslanovun ona böhtan atdığını və bununla da şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edib. Bu şikayət əsasında toplanmış materiallar Səbail rayon Məhkəməsinə göndərilib və hakim Firuzə Ağasiyevanın icraatına verilib.

F.Ağasiyeva: "Lakin məhkəmənin gedişində məlum oldu ki, işdə kifayət qədər sübut yoxdur və və qərara alındı ki, iş materialları təkrar araşdırılması üçün Baş Prokurorluğa göndərilsin. İş materialları Baş Prokurorluqda bir daha nəzərdən keçiriləndən sonra cinayət işinə xitam verilməsi barədə qərar çıxarıldı".

Xəbər lenti

Xəbər lenti