ABŞ-ın müdafiə nazirinin müavini Cim Makduqal Bakıda danışıqlar aparır. ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, Pentaqon nümayəndəsi Bakıya dekabrın 4-də gəlib və respublikada dekabrın 6-na kimi olacaq.
Səfər çərçivəsində Cim Makduqalın Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinin nümayəndələri ilə görüşəcək. Görüşdə hər iki ölkənin Müdafiə nazirlikləri arasında əlaqələr, həmçinin, İraq, Əfqanıstan və Kosovoda sülhməramlı əməliyyatların gedişi müzakirə olunacaq.
Qeyd edək ki, C.Makduqal ABŞ-ın Müdafiə nazirliyində işləyir və bu ölkə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafının bütün aspektlərinə görə məsuldur.