...

Azərbaycan prezidenti ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

Siyasət Materials 5 Dekabr 2005 17:31 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev dekabrın 5-də ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib. Dövlət başçısı qeyd edib ki, Ticarət palatası iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayır.

İ.Əliyev dövlətlərarası əməkdaşlığın səviyyəsindən razılığını bildirərək vurğulayıb ki, Azərbaycanın iqtisadiyyatı inkişaf etdirilir, dövlət büdcəsinin həcmi artırılır. "Əvvəllər Azərbaycan ilə ABŞ arasındakı əməkdaşlıq yalnız energetika sahəsini əhatə edirdisə, bu gün ikitərəfli əlaqələr daha geniş sahəni əhatə edir"-deyə İ.Əliyev qeyd edib və ümid etdiyini bildirib ki, Amerikanın iri şirkətləri respublika iqtisadiyyatına investisiyaları davam etdirəcək.

Azərbaycan dövlətinin başçısı xatırladıb ki, palatanın Vaşinqtondakı ofisində mühüm görüşlər keçirilib.

ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş Amerika nümayəndə heyətinin adından çıxış edərək bildirib ki, iqtisadi əlaqələrin inkişafı bilavasitə ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır. Diplomat Azərbaycan-Amerika iqtisadi əməkdaşlığına dair işçi qrupunun Vaşinqtonda keçirilən yekun iclasının çox uğurlu olduğunu qeyd edib. O, bildirib ki, həmin tədbirdə yaxın 6 ay üçün hökumətlərarası fəaliyyət planı razılaşdırılıb.

Xəbər lenti

Xəbər lenti