...

Azərbaycan prezidenti Nursultan Nazarbaeyvə təbrik məktubu göndərib

Siyasət Materials 5 Dekabr 2005 18:05 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 5-də Nursultan nazarbayevə təbrik məktubu göndərərək onun yenidən Qazaxıstan Respublikasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Bu barədə Trend məlumat yayıb.

Məktubda, həmçinin, bildirilir: "Sizi yenidən Qazaxıstan Respublikasının prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Seçkilərdə qələbəniz dövlətçiliyi və hüquq normalarını möhkəmləndirməsinə və Sizin demokratik dəyişiklər xəttinizin xalq tərəfindən sözsüz dəstəklənməsinə əyani sübutdur. Qazaxıstanın müstəqillik əldə etməsindən sonra Sizin rəhbərliyiniz altında dərin siyasi və sosial-iqtisadi islahatlar həyata keçirməsinə, dünya iqtisadiyyatına dinamik inteqrasiya olunmasına çox şadam", - deyə məktubda bildirilir.

Azərbaycan rəhbəri N.Nazarbayevin səyləri ilə Azərbaycanla Qazaxıstan arasında ənənəvi dostluğun, mehriban qonşuluğun və hərtərəfli əməkdaşlığın dərinləşəcəyinə və genişlənəcəyinə və iki ölkənin beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlıq həyata keçirəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti