...

AQB-nin gələcək fəaliyyəti dekabrın 14-də müzakirə ediləcək

Siyasət Materials 7 Dekabr 2005 17:25 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr Birliyinin (AQB) gələcək fəaliyyəti dekabrın 14-də qurumun Şura üzvlərinin toplantısında müzakirə ediləcək". Bu barədə Trend ə AQB-nin təsisçilərindən olan İslam Partiyası sədrinin müavini Rövşən Əhmədli bildirib.

R.Əhmədli onu da bildirib ki, bir neçə aydır AQB-nin heç bir toplantısı keçirilməyib: "Vəhdət Partiyasının qurumdan çıxması, Azərbaycan Sosial Demokrat Partiyasının isə fəaliyyətini hələ də "Yeni Siyasət" seçki blokunda davam etdirməsi qurumun toplantısının keçirilməsinə problem yaradıb".

R.Əhmədli bu problemlərə baxmayaraq dekabrın 14-də toplantı keçirib qurumun gələcəkdə fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətiriləcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti