...

AMİP sədri barəsində deyilənləri təkzib edib

Siyasət Materials 8 Dekabr 2005 12:34 (UTC +04:00)

"Əli Orucov Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat xidmətinin rəhbəri və Siyasi Şura üzvlüyündən çıxarılıb". Bu barədə Trend ə AMİP sədri Əli Əliyev bildirib.

Qeyd edək ki, Ə.Orucov partiyanın sədri Ə.Əliyevi dekabrın 5-də keçirilən Siaysi Şuranın toplantısını rəsmiləşdirməkdən imtina etdiyini və Şura üzvlərinə hörmətsizlik edərək iclasdan getdiyini bildirib. Ə.Orucovun sözlərinə görə sədr nizamnaməni pozduğuna görə partiyanın Mərkəzi İntizam Komissiyasına müraciət edilib.

AMİP sədri Ə.Əliyev isə bildirib ki, Ə.Orucovun dediklərində heç bir əsas yoxdur: "Həmin iclas mənim iştirakımla sona qədər davam etdi. Mənə atdığı böhtanlara görə onu vəzifəsindən kənarlaşdırmışam".

Onun tərəfindən Siyasi Şura üzvlərinə heç bir hörmətsizlik olmadığını vurğulayan Ə.Əliyev partiyada baş verənlərlə bağlı gələn həftə keçirəcəyi mətbuat konfransında aydınlıq gətirəcəyini söyləyib.

Xəbər lenti

Xəbər lenti