...

Birləşmiş Ştatlar hesab edir ki, ATƏT ilk növbədə Qafqaza diqqət ayırmalıdır

Siyasət Materials 8 Dekabr 2005 14:02 (UTC +04:00)

Birləşmiş Ştatlar hesab edir ki, ATƏT ilk növbədə əsas diqqəti Qafqaza, Balkanlara və Mərkəzi Asiyaya ayırmalıdır. Trend Mediamaks-a istinadən bildirir ki, bu barədə dövlət katibinin siyasi məsələlər üzrə müavini Nikolas Barns bəyan edib.

"Təşkilatın əsas diqqəti Qafqaza, Balkanlara və Mərkəzi Asiyaya ayrılmalıdır. Niyə biz bu barədə danışırıq? Düşünürəm ki, strateji konsensus mövcuddur və bizim məqsədimiz bunun hesabına sabit və birləşmiş Avropa yaratmaqdır. Bu, Mərkəzi Avropada baş verib və hələlik Balkanlarda, Qafqazda və Mərkəzi Asiyada baş verməyib.ATƏT-in tarixi missiyası bu prosesi növbəti onillikdə irəli çəkməkdir" -deyə Nikolas Barns bəyan edib.

Xəbər lenti

Xəbər lenti