...

YAP ümumilli lider Heydər Əliyevin vəfatının ikinci ildönümü ilə bağlı tədbirlər keçirəcək

Siyasət Materials 8 Dekabr 2005 17:09 (UTC +04:00)

"Ümumilli lider Heydər Əliyevin vəfatının ikinci ildönümü ilə bağlı dekabrın 12-də "Avropa" otelində "Heydər Əliyev ideyaları: Azərbaycanın bu günü və sabahı" mövzusunda elmi-konfrans keçiriləcək". Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

YAP rəsmisi onu da bildirib ki, dekabrın 12-də partiyanın İdarə Heyəti və Siyasi Şurasının üzvləri, bir sıra millət vəkilləri Fəxri Xiyabanda ümumilli ldierin məzarını ziyarət edəcəklər: "Partiyanın rayon və şəhər təşkilatları da yerlərdə anım günü ilə bağlı müxtəlif mərasim tədbirləri keçirəcəklər".

Qeyd edək ki, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev 2003-cü ilin dekabrın 12-də vəfat edib.

Xəbər lenti

Xəbər lenti