...

Azərbaycan Milli Demokrat Partiyasında müxalifətin birliyinə inanmırlar

Siyasət Materials 14 Dekabr 2005 12:44 (UTC +04:00)

"Bu gün müxalifətin birliyindən söhbət gedə bilməz". Bu barədə Trend ə müxalifətin vahid Koordinasiya Şurası tərəfindən idarə olunması ilə bağlı "Azadlıq" blokuna müraciət edən Azərbaycan Milli Demokrat (Boz Qurd) Partiyası (AMDP) sədrinin birinci müavini Oqtay Xəllili bildirib.

O, təəssüflə qeyd edib ki, seçkidən öncə və sonrakı proseslərdə müxalifətlə həmrəylik göstərmələri lazımınca qiymətləndirilməyib: "Millətin formalaşması məsələsini önə çəkmişdik. Ancaq "Azadlıq" blokunun liderləri bu məsələdə söhbətlərdən yayındılar".

AMDP rəsmisi onu da qeyd edib ki, onlar hətta "Azadlıq" blokunda təmsil olunmaq üçün müraciət ediblər: "Ancaq heç bir səbəb gətirmədən müraciətimiz cavabsız qaldı".

Xəbər lenti

Xəbər lenti