...

Azərbaycan prezidenti Bəhreyn kralına təbrik məktubu göndərib

Siyasət Materials 15 Dekabr 2005 19:49 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Bəhreyn kralı şeyx Həməd bin İsa əl-Xəlifəyə Bəhreyn Krallığının milli bayramı münasibətilə təbrik məktubu göndərib. Trend in məlumatına görə, Azərbaycan rəhbəri kralı və Bəhreyn xalqını milli bayram münasibətilə təbrik edib və ən xoş arzularını ifadə edib.

Azərbaycan prezidentinin təbrik mətubunda bildirilir:"Ümidvaram ki, Azərbaycanla Bəhreyn arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı üçün qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".

Xəbər lenti

Xəbər lenti