...

İran parlamentinin sədri 2006-cı ilin əvvəlində Azərbaycana səfər edəcək

Siyasət Materials 16 Dekabr 2005 13:02 (UTC +04:00)

İran İslam Respublikası (İİR) parlamentinin sədri Qulaməli Həddad Adil 2006-cı ilin əvvəlində Azərbaycana səfər edəcək. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov bildirib.

Diplomat deyib ki, səfərin tarixi hələlik dəqiqləşdirilməyib, amma danışıqlar aparılır. "Biz spikerlərin qrafikini razılaşdırmalıyıq 2006-cı ilin əvvəlində bu səfər baş tutacaq" -deyə A.Həsənov qeyd edib.

Xatırladırıq ki, öncə səfər bu ilin dekabrın 16-18-nə Rusiya və Belorusa səfər çərçivəsində planlaşdırılmışdı. Amma sonradan Azərbaycana ayrıca səfərin həyata keçirilməsi qərara alınıb.

İran parlamenti spikerinin səfəri çərçivəsində, Azərbaycanın Milli Məclisinin yeni tərkibində Azərbaycan-İran parlamentlərinin dostluq qrupu yaradıla bilər.

Xəbər lenti

Xəbər lenti