...

Natiq Məmmədov: Ermənistanın azərbaycanlı vətəndaşlarının seçki hüququ təmin olunan kimi Azərbaycan adekvat addımlar atacaq

Siyasət Materials 22 Dekabr 2005 18:08 (UTC +04:00)

Ermənistandan zorla qovulmuş yüz minlərlə azərbaycanlının seçki hüququ təmin olunan kimi respublikanın tərk etmiş ermənilərin Azərbaycanda seçkilərdə iştirakı ilə məsələyə baxılacaq. Azərbaycanın MSK-nın katibi Natiq Məmmədov Ermənistanın KİV-nin "Azərbaycan vətəndaşı olan 5 erməni qaçqının 2006-cı il mayın 13-də Milli Məclisdə təkrar seçkilərdə öz namizədləiyini irəli sürməsi qərarı barədə" məlumatları Trend ə belə şərh edib.

N.Məmmədov həmçinin qeyd edib ki, bu məsələ ilə bağlı Azərbaycanın MSK-na heç bir məktub daxil olmayıb. Lakin erməni "qaçqınların" Azərbaycanda seçkilərdə iştirakı bütünlükdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır.

"Ermənistanın azərbaycanlı vətəndaşlarının seçki hüququ təmin olunan kimi Azərbaycan adekvat addımlar atacaq" - deyə MSK katibi bildirib.

Bununla yanaşı, N. Məmmədov Azərbaycan vətəndaşı olan Dağlıq Qarabağ ermənilərinin seçkilərdə iştirakına toxunaraq bildirib ki, MSK-na onların 6 noyabr parlament seçkilərində 122-ci dairəçdən seçkilərdə iştirakı ilə bağlı müraciəti daxil olub. "Dağlıq Qarabağ erməniləri dəfələrlə bizə müracitə edərək Arkadi Qukasyan rejiminin özbaşınalığı nəticəsində düşdükləri ağır sosial vəziyyət barədə bəyan edərək səsvermədə iştirakla bağlı xahiş ediblər", - deyə N. Məmmədov qeyd edib.

Qeyd edək ki, bir sıra məlumatlara görə, ikisi Rusiya ərazisində, üçü Ermənistan, Ukrayna və Belorusda yaşayan erməni fevralın 18-nə kimi onların namizədliklərini irəli sürəcəkləri təqdirdə Azərbaycan ərazisində təhlükəsizliklərinin təmin olunacağı barədə məlumatlandırmağı xahiş ediblər.

Xəbər lenti

Xəbər lenti