...

Macarıstan XİN-in dövlət katibi Azərbaycana səfərə gələcək

Siyasət Materials 19 Yanvar 2006 14:38 (UTC +04:00)

Macarıstan xarici işlər nazirliyinin dövlət katibi Andraş Barşoni yanvarın 23-24-də Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Trend ə Azərbaycanın Macarıstandakı səfirliyində bildirilib.

İlkin məlumatlara görə, A. Barşoni, gözlənildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev, XİN başçısı Elmar Məmmədyarov tərəfindən qəbul ediləcək. Tərəflər Azərbaycan-Macarıstan münasibətlərinin fəallaşdırılması, müştərək layihələrin həyata keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti