...

Azərbaycan Demokratik İslahatlar Partiyasının Sumqayıtda daimi qərargahının açılması qərara alınıb

Siyasət Materials 19 Yanvar 2006 17:30 (UTC +04:00)

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə yanvarın 19-da partiyanın mənzil-qərargahında Sumqayıt şəhər təşkilatının sədri Arzu Musayev və təşkilatın fəalları ilə görüşüb. Trend xəbər verir ki, görüşdə təşkilatın qarşısında duran vəzifələr müzakirə edilib.

Sumqayıt şəhər təşkilatında quruculuq işlərinin davam etdirilməsi ilə bağlı məsələlər, Sumqayıt şəhərinin problemləri əsas müzakirə mövzusu olub. Görüşdə partiyanın Sumqayıt şəhər təşkilatının ümumi iş planı və partiyanın daimi qərargahının açılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti